Jurnalist İdrak Abbasov peşə fəaliyyətini yerinə yetirdiyi üçün təhdid edilir

223279_334740693311257_2086384948_n

Müstəqil  jurnalist İdrak Abbasov  Lənkərandan video süjet hazırladığı ailənin qohumları  tərəfindən təhdid edildiyini bildirir. Bu barədə bu gün (14  may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna(RATİ) jurnalistin özü məlumat verib. Yanvarın 14-də Lənkəranda övladının müəllim tərəfindən döyülməsi ilə bağlı uşağın atası  Şahin Ağayevin videomüsahibəsi ilə bərabər şikayətini işıqlandırmışdım. Ancaq bir müddət sonra, fevralın 6-da  Şahin Ağayevi narkotik ittihamı ilə həsb etdilər.  Bir neçə günə ona hökm oxunmalıdır. Dünən mənim telefonuma zəng edən şəxs Şahin Ağayevin qohumu idi. O baş verənlərdə məni günahlandırırdı. Mənə bildirdi ki,  sən xalq düşmənisən, hökumətlə ciddi problemlərin var imiş, sənə görə indi bizi həbs etməklə təhdid edirlər. Onlar bu gün və ya sabah mənimlə görüşmək istədiklərini bildirdilər“,-deyə Abbasov qeyd etdi.

Jurnalist bildirdi ki,  bu təhdidin arxasında hökumət dayanır və onun başına nəsə gəldiyi təqdirdə bunun məsuliyyətinin hazırkı hakimiyyətin üzərində olduğunu da sözlərinə əlavə etdi.

Previous Post

Toplantılarla bağlı cəzalar sərtləşdirilib

Next Post

Jurnalistlər fiziki təzyiqə məruz qalıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.