Məhkəmə jurnalistə cəriməni ödəmək üçün 10 gün vaxt qoyub

ramin deko

Noyabrın 26-da  “Azadlıq” qəzetinin reportyoru Ramin Deko Yasamal rayon məhkəmə qərarlarının icrası şöbəsinə çağırılıb. Bu barədə bu gün (27 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ramin Deko məlumat verib.

R. Deko bildirib ki, ondan 10 gün ərzində 2 min manat cəriməni ödəməyini tələb ediblər.

“Bu cərimə “Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası üzrə çıxarılmışdı. Mən icraçılara bu qədər pulumun olmadığını və  10 gün ərzində  bu pulu ödəmək imkanından məhrum olduğumu bildirdim.  Mən onlara bildirdim ki, iki aydır  “Azadlıq” qəzetinin bank hesabına  həbs qoyulduğu üçün maaş ala bilmirəm ”,-deyə jurnalist qeyd edib.

 Xatırladaq ki, 22 oktyabr 2012-ci ildə Yasamal rayon Məhkəməsi Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiasını təmin edərək, “Azadlıq” qəzetini 30 min manat, qəzetin müxbirini isə 2 min manat cərimə etmişdir. Kəbirə Məmmədova “Azadlıq” qəzetində Ramin Dekonun Avroviziya ilə bağlı dərc olunmuş məqaləsinə görə məhkəməyə  müraciət etmişdir. Məqalədə Azərbaycanda keçirilən “Avroviziya 2012” musiqi yarışmasına görə Binə Ticarət Mərkəzində sahibkarlardan pul yığılması iddia olunurdu.

Previous Post

Facebook fəalı narkotik ittihamı ilə həbs edilib

Next Post

Dövlət ittihamçısı hüquq müdafiəçisinin 3 il azadlıqdan məhrum edilməsini istəyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.