Dövlət ittihamçısı hüquq müdafiəçisinin 3 il azadlıqdan məhrum edilməsini istəyib

 qurban-memmedov

Noyabrın 28-də Nəsimi rayon məhkəməsində həbsdə olan sabiq vəkil  Qurban Məmmədovun Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 299.1-ci (zərərçəkmiş şəxsi yalan ifadə verməsi məqsədilə pulla ələ alma) maddəsi ilə təqsirləndirilməsinə dair növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə Qurban Məmmədovun vəkillərinin məhkəmə istintaqının təzələnməsi,  işdə olan sübut və sənədlərin elan olunması barədə  verdiyi vəsatətlər  müzakirə olunub  və vəsatətlər təmin edilməyib.

Məhkəmədə çıxış edən dövlət ittihamçısı bildirib ki, ittiham sübuta yetirilib, hadisə məhz ittihamda qeyd edilən kimi baş verib.

“Q. Məmmədov özünü insanlıq nümayişi kimi təqdim etsə də, həqiqət budur ki, zərərçəkmişi vurduqdan sonra maşınına qoyub apardığı və müalicə xərci üçün 1800 manat boynuna götürməklə  şikayətçi olmaması üçün onu ələ alıb, sonradan vəd etdiyi köməyi dayandırdığı üçün  zərərçəkmiş  yenidən ifadə verib və bununla da ittiham sübut olunub”,-deyə prokuror  çıxışında bildirib.

Dövlət ittihamçısı Qurban Məmmədovun 3  azadlıqdan məhrum edilməsini  və həmçinin də  3 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsini məhkəmədən xahiş edib.

Qeyd edək ki,  müdafiə tərəfin  çıxışı üçün növbəti məhkəmə prosesi  dekabrın 4-ü  saat 14:30-a təyin edilib.

Xatırladaq ki, Qurban Məmmədova qarşı ötən ilin sentyabrında baş vermiş avtoqəza ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, bu il iyunun 4-də barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmiş şəxsi yalan ifadə verməsi məqsədi ilə pulla ələ alma) maddəsi ilə yeni ittiham elan edilib. Qurban Məmmədov həbsinin Milli Şurada aktiv fəaliyyəti, kəskin çıxışları ilə əlaqədar siyasi sifariş olduğunu bildirib.

Previous Post

Məhkəmə jurnalistə cəriməni ödəmək üçün 10 gün vaxt qoyub

Next Post

Apellyasiya məhkəməsi jurnalisti həbsdə saxladı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.