Jurnalistin işinə mahiyyəti üzrə baxılacaq

398327_525389854153700_112437647_n

Martın 7-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə həbsdə olan “Bizim Yol” qəzetinin əməkdaşı və moderator.az saytının rəhbəri Pərviz Həşimlinin və onunla bərabər tutulan Təvəkkül Qurbanovun cinayət işi məhkəmənin hazırlıq iclası davam etdirilib.

Pərviz Həşimli MTN istintaq təcridxanasında saxlama şəraitinin yaxşı olmadığını bir daha məhkəmənin diqqətinə çatdırıb.

Jurnalist martın 6-da 1 saatlıq gəzintidən məhrum edildiyini, əvvəlki kimi doğmaları ilə görüş və telefon  danışığına icazə verilmədiyini qeyd edib.  

Həmçinin jurnalist hakimdən hüquqlarının təmin edilməsi məqsədilə istintaq təcridxanasına məktub göndərməyi xahiş edib, ancaq hakim bu məsələlərin MTN-nin istintaq təcridxanasının vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğunu və müdaxilə edə bilməyəcəyini deyib.

Pərviz Həşimli hakimə istintaq təcridxanasından müxtəlif dövlət təşkilatlarına göndərdiyi müraciətlərin cavabsız qaldığını bildirsə də, hakim bu məsələnin cinayət işinə aidiyyatı  olmadığını və yalnız işə ittiham çərçivəsində baxdığını jurnalistin diqqətinə çatdırıb.

Məhkəmə   jurnalistin işi üzrə hazırlıq iclasının bitməsi və məhkəmə baxışının 11 mart saat 10:00-da baxılması barədə qərar çıxarıb.

Xatırladaq ki,  Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. MTN-nin  İstitaq Baş İdarəsi ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb. Sentyabrın 18-də Səbail rayon Məhkəməsi  Pərviz Həşimli  barəsində 2 aylıq  həbs qətimkan tədbiri seçib. Səbail Rayon Məhkəməsi noyabrın 7-də həbs müddətinin  daha 3 ay uzadılması barədə qərar verib

Previous Post

Dörd onlayn fəalın həbsi ilə geniş miqyaslı repressiya davam edir

Next Post

Jurnalist məhkəmədə ifadə verib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.