Apellyasiya məhkəməsi Qurban Məmmədovun hökmünü qüvvədə saxladı

qurban-memmedov

İyulun 9-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq vəkil  Qurban Məmmədovun barəsində çıxarılan hökmdən verdiyi şikayətə baxılıb.

Məmmədovun vəkili Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmədə verdikləri vəsatətlərin heç biri təmin edilməyib və məhkəmə Nəsimi Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Xatırladaq ki, Qurban Məmmədova qarşı ötən ilin sentyabrında baş vermiş avtoqəza ilə bağlı Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, bu il iyunun 4-də barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmiş şəxsi yalan ifadə verməsi məqsədi ilə pulla ələ alma) maddəsi ilə yeni ittiham elan edilib. Qurban Məmmədov həbsinin Milli Şurada aktiv fəaliyyəti, kəskin çıxışları ilə əlaqədar siyasi sifariş olduğunu bildirib. 2013-cü il dekabrın 6-da Nəsimi Rayon Məhkəməsi Məmmədovun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Previous Post

Hüquq pozuntularına etiraz edən daha bir bloggerin həbsi Azərbaycanda internetin azad olması iddiasının yalan olduğunu göstərir

Next Post

Hüquq müdafiəçisi 6 il azadlıqdan məhrum edildi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.