Hüquq müdafiəçisi 6 il azadlıqdan məhrum edildi

hesen

İyulun 14-də Gəncənin Nizami Rayon Məhkəməsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin işi məhkəmə prosesi yekunlaşıb. Prosesdə son sözlə çıxış edən Həsən Hüseynli ona qarşı irəli sürülən ittiham saxta olduğunu və işin müstəntiq tərəfindən düzgün araşdırılmadığını bildirib. Hüseynli irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini qeyd edərək barəsində bəraət çıxarılmasını məhkəmədən xahiş edib. Müşavirədən qayıdan məhkəmə Həsən Hüseylinin 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Hüquq müdafiəçisi məhkəmə zalından həbs edilib. Qeyd edək ki, dövlət ittihamçısı Həsən Hüseynlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, Həsən Hüseynli 2014-cü il martın 31-də tutulmuşdu. O, həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirməkdə ittiham olunurdu. Gəncə Şəhər Baş Polis İdarəsi Hüseynliyə qarşı əvvəl Cinayət Məcəlləsinin 221.3 (silah tətbiq etməklə xuliqanlıq ) maddəsi ilə ittiham irəli sürmüş sonra isə 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddə üzrə də ittihama əlavə olunmuşdu. Hüseynli barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.
Previous Post

Apellyasiya məhkəməsi Qurban Məmmədovun hökmünü qüvvədə saxladı

Next Post

Jurnalistin həbs müddəti daha 4 ay uzadıldı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.