JURNALİST VÜQAR KAMİLOĞLU MÜĞƏNNİ VASİF MƏHƏRRƏMLİ TƏRƏFİNDƏN DÖYÜLÜB

Dünən (01 dekabr) ATV kanalında yayımlanan "El içində" verilişinin çəkiliş prosesində insident baş verib.

“ANS-Press”-in müxbiri Vüqar Kamiloğlu müğənni Vasif Məhərrəmli tərəfindən fiziki təzyiqə məruz qalıb. ”ANS-Press”-in hüquqşünası Tofiq Hacıyevin RATİ-ə veridiyi məlumata görə, hadisəyə  jurnalistlə müğənni arasında baş verən mübahisə səbəb olub. T.Hacıyev bildirib ki, müğənni V.Məhərrəmli jurnalistin üstünə atılaraq ona yumruq zərbələri endirməyə başlayıb. Hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edildiyini bildirən hüquqşünas müğənni barəsində cinayət işi qaldırılacağına ümid etdiyini bildirib: ”V.Məhərrəmlinin əməlində cinayət tərkibi olduğu üçün polisə müraciət etdik. Yəqin ki, ilkin araşdırmalardan sonra V. Məhərrəmli haqqında cinayət işi qaldırılacaq”.
Baş vermiş hadisə ilə bağlı RATİ Yasamal Rayon Polis İdarəsi (RPİ) ilə əlaqə saxlayıb. Növbətçi hissənin Vəliyev soyadlı əməkdaşı Yasamal RPİ-yə faktla bağlı hər hansı bir şikayətin daxil olmadığını bildirib.
Previous Post

AVROPA ŞURASI XARİCİ RADİOSTANSİYALARLA BAĞLI AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ DANIŞIQLAR APARACAQ

Next Post

QƏNİMƏT ZAHİD VƏ MİRZƏ SAKİTİN ATASI VƏFAT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.