Həbsdə olan jurnalistlər, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və qəzetin əməkdaşı Mirzə Sakit qardaşlarının atası, 1924-cü il təvəllüdlü Səlim Zahidov vəfat edib.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova məlumat verib.
RATİ sədri Emin Hüseynov bununla bağlı Ədliyyə naziri Fikrət Məmmədova və Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəis müavini Nazim Ələkbərova müraciət edib. Müraciətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hər iki məhbus jurnalistə Şamaxı şəhərinin Meysəri kəndində atalarının dəfn, üçgünlük və yeddigünlük mərasimlərində iştirakına icazə verilməsi xahiş edilir.
Qeyd edək ki, mərhum S. Zahidovun həyat yoldaşı Xədicə xanım da oğulları Qənimət Zahid və Mirzə Sakitin atalarının dəfn mərasimində iştirakı üçün şərait yaratması üçün Ədliyyə naziri Fikrət Məmmədova teleqram göndərib.
Allah rəhmət eləsin!