AVROPA ŞURASI XARİCİ RADİOSTANSİYALARLA BAĞLI AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ DANIŞIQLAR APARACAQ

Bu gün (02 dekabr) Avropa Şurasının (AŞ) baş katibi Terri Devis Bakıda mətbuat konfransı keçirib.

O bildirib ki, AŞ «Azadlıq», «Amerikanın səsi» və BBC radiostansiyalarının proqramlarının yerli tezliklərdə yayımının davam etdirilməsi ilə əlaqədar Azərbaycan hökuməti ilə danışıqlar aparmaq niyyətindədir:
«Mən radiostansiyaların yayımının dayandırılmasının tamamilə əleyhinəyəm. Radiostansiyaların mövqeyi hökumətin mövqeyi ilə üst-üstə düşməyə bilər. Amma bu o demək deyil ki, onların yayımı dayandırılmalıdır» – deyə, Devis bildirib.
«Turan»ın məlumatına görə, AŞ baş katibi etiraf edib ki, o özü bəzən BBC-nin verilişlərindən narazı olub. «Lakin bu o demək deyil ki, mən nə vaxtsa bu radiostansiyanın bağlanmasını istəmişəm». Baş katib əlavə edib ki, Azərbaycan hökuməti ilə bu məsələ ilə bağlı danışıqlar aparacaq.
Previous Post

NAZİM QULİYEV BARƏSİNDƏ QƏRARDAD ALİ MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Next Post

JURNALİST VÜQAR KAMİLOĞLU MÜĞƏNNİ VASİF MƏHƏRRƏMLİ TƏRƏFİNDƏN DÖYÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.