“Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadənin şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Y.Ağazadə özü məlumat verib.
“Mən 2006-cı il iyunun 27-də maliyyə naziri Samir Şərifova informasiya sorğusu ilə müraciət etdim və Maliyyə Nazirliyinin Bakı Dövlət Universitetində (BDU) apardığı yoxlamalara dair tərtib olunmuş aktın surətini istədim. Lakin Maliyyə Nazirliyi sorğuya cavab vermədi”, – deyə qeyd edən Y. Ağazadənin sözlərinə görə, bu səbəbdən 01 avqust 2006-cı il tarixində “informasiya sorğusuna cavab verilməməyin qanunsuz hesab edilməsi” tələbi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə jurnalistin iddiasını təmin etməyib. Ərizəçinin Nəsimi rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya və kasassiya şikayətləri də təmin edilməyib. Bu səbəbdən də jurnalist Azərbaycan qanunvericiliyi və İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası ilə təminat verilən hüquqlarının pozulduğunu iddia edərək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.