RATİ-nin müraciəti (http://www.irfs.az/content/view/1573/28/lang,az/) əsasında Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş qərara baxılıb.
Apellyasiya Məhkəməsindən bu gün (13 yanvar) RATİ-yə daxil olan məktubda qeyd edilir ki, Apellyasiya Məhkəməsində keçirilən açıq məhkəmə prosesləri zamanı RATİ əməkdaşlarının foto və video çəkilişlər aparmasına icazənin verilməməyi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 310.2.4-cü maddəsinə uyğundur: “Məhkəmə iclasında foto, kino, audio, video, kompyuter və digər yazan texniki vasitələrdən istifadə edilməsinə yalnız məhkəmə prosesinə sədrlik edən hakimin icazəsi ilə yol verilə bilər. Kino və foto çəkilişə, video yazıya, canlı yayımla radio və teletranslyasiyaya işdə iştirak edən tərəflərin də razılığı nəzərə alınmaqla icazə verilə bilər”.
Belə ki, RATİ tərəfindən Məhkəmə Hüquq Şurasına ünvanlanan məktub və ona əlavə olunan qoşma yalnız Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Halbuki məktuba əlavə olunan qoşma Bakı şəhər Xətai rayon Məhkəməsi, Bakı şəhər Nəsimi rayon Məhkəməsi və Bakı şəhər Yasamal rayon Məhkəməsinə də göndərilməli idi. Çünki adı çəkilən bu məhkəmələrdə də RATİ əməkdaşları mütəmadi olaraq problemlərlə üzləşirlər.
Qeyd edək ki, dəfələrlə ayrı-ayrı hakimlər tərəfindən RATİ əməkdaşlarına açıq məhkəmə proseslərində monitorinq aparmaq, foto və video çəkilişlər aparmaq isə əsasız olaraq qadağan edilib. Bu səbəbdən də RATİ Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına müraciət etmişdi.