“GÜNDƏLİK BAKI ” QƏZETİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINDI

Bu gün (13 yanvar) Yasamal rayon Məhkəməsində hakim Xəqani Məmmədovun  sədrliyi ilə 21 saylı orta məktəbin direktoru Fərrux Ağasiyevin və həmin  məktəbin təlim-tədris işləri üzrə direktor müavini Zöhrə Yusubovanın   “Gündəlik Bakı ” qəzetinə qarşı qaldırdığı xüsusi ittiham qaydasında iddia üzrə məhkəmənin növbəti qapalı iclası keçirilib.

Məhkəmə prosesində iddiaçı tərəfdən vəkil Bakıxan Yusifov, cavabdeh tərəfdən isə qəzetin təsisçisi və baş redaktoru Habil Vəliyev və baş redaktorun birinci müavini Üzeyir Cəfərov iştirak edib. Bu barədə RATİ-yə Ü. Cəfərov məlumat verib.
”Prosesin əvvəlində hakim Xəqani Məmmədov məktəbin nümayəndəsi Bakıxan Yusifovdan “Gündəlik Bakı” qəzetinin redaksiyasının barışığa hazır olması il bağlı fikirlərə münasibətini öyrəndi. Amma iddiaçı tərəfin nümayəndəsi buna etiraz edərək,   məhkəmədə işə baxılmasında israrlı olduqlarını hakimin nəzərinə çatdırdı”, – deyə qeyd edən  Ü. Cəfərovun sözlərinə görə,  proses zamanı məhkəmə zalında qəfildən  vəkil Bakıxan Yusifovun halı pisləşib. Bu səbəbdən  hakim X. Məmmədovun  prosesi yanvar ayının 22-si saat 15:00-a təxirə salıb.
Xatırladaq ki, iddiaya "Gündəlik Bakı" qəzetinin 07 noyabr 2008-ci il tarixli 203 (274)-ci sayında "5-ci sinif şagirdi zorlandı" başlıqlı və  "21 saylı orta məktəbin rəhbərliyi faktı gizlədir" yarım  başlığı altında  dərc edilmiş məqalə səbəb olub. 
Xatırladaq ki, iddiaya səbəb “Gündəlik Bakı” qəzetinin 07 noyabr 2008-ci il tarixli, 203 (274) saylı buraxılışında “5-ci sinif şagirdi zorlandı” başlığı altında  dərc edilmiş məqalədir.  Məqalədə 21 saylı məktəbdə 5-ci sinif şagirdinin zorlandığı və məktəb rəhbərliyinin bu faktı gizlətməsindən bəhs olunub. İddiaçılar sözügedən məqaləni  şərəf və ləyaqəti ləkələyən, işgüzar nüfuza xələl gətirən yazı hesab edərək Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə  məhkəməyə müraciət ediblər. İddiaçılar “Gündəlik Bakı” qəzetinin istehsalına və yayımına xitam verilməsi, həmçinin qəzet redaksiyasının 10.000 AZN, yazı müəllifinin isə 15.000 AZN cərimələnməsini məhkəmədən xahiş edir.
Previous Post

“MÜXALİFƏT” QƏZETİNİN ƏMƏKDAŞI AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT ETDİ

Next Post

”QARABAĞ VƏ RESPUBLİKA UĞRUNDA HƏRƏKAT” TƏŞƏBBÜS QRUPU TƏSİS EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.