MÜŞFİQ HÜSEYNOV ƏFV OLUNMASINI İSTƏYİB

Çərşənbə günü (25 fevral) “İşgəncələr əleyhinə Azərbaycan Komitəsi”nin sədri Elçin Behbudov 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) komitə sədrinin özü verib. Jurnalistin saxlanma şəraitindən və səhhətindən heç bir şikayəti olmadığını bildirən E. Behbudov, qeyd edib ki, görüş zamanı M. Hüseynov əfv olunması üçün komitə tərəfindən köməklik göstərilməsini istəyib. Belə ki, sədr bu məsələ ilə bağlı “İşgəncələr əleyhinə Azərbaycan Komitəsi”i adından prezidentə bir dəfə müraciət etdiyini və həftə ərzində M. Hüseynovun əfv olunması üçün yenidən prezidentə müraciət edəcək.
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.
Previous Post

“PEN” KLUBU İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Next Post

AZAD SÖZ İNQİLABÇILARI” KLUBU NÖVBƏTİ KAMPANİYAYA HAZIRLAŞIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.