AZAD SÖZ İNQİLABÇILARI” KLUBU NÖVBƏTİ KAMPANİYAYA HAZIRLAŞIR

“Gələn həftə “Azad Söz İnqilabçıları” Klubu (ASİ) mart ayının 18-də keçiriləcək referendumla bağlı yeni kampaniyaya başlayacaq”.

Bu sözləri  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) ASİ-nin həmtəsisçisi Eldəniz Elgün verib. Onun sözlərinə görə hüquqşünasların, QHT-lərin, və jurnalistlərin də qatılacağı kampaniyada əsasən Konstitusiyanın dəyişiklik edilməsi nəzərdə tutulan 32-ci (şəxsi toxunulmazlıq hüququ) və 50-ci (Məlumat azadlığı) maddələri müzakirə olunacaq.  E. Elgün daha sonra onu da vurğulayıb ki, bu kompaniya referendum gününə qədər davam edəcək və kampaniya çərçivəsində Azərbaycanda demokratik dəyərlərin pozulması ilə bağlı yazılar silsiləsinə də başlanacaq.
Previous Post

MÜŞFİQ HÜSEYNOV ƏFV OLUNMASINI İSTƏYİB

Next Post

RATİ ƏMƏKDAŞLARI AÇIQ KEÇİRİLMƏLİ OLAN MƏHKƏMƏ PROSESİNƏ BURAXILMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.