Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) araşdırmaçı jurnalisti İdrak Abbasovun səhhəti normallaşır.
Bu xəbəri RATİ-yə İ. Abbasovun özü verib. Jurnalist daha sonra, dünən (26 fevral) Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidsonun ona baş çəkdiyini və Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin isə zəng vuraraq vəziyyəti ilə maraqlandığını da bildirib.
Xatırladaq ki, İ. Abbasov fevral ayının 20-də görüş adı ilə Naxçıvan MR-nın MTN-nə dəvət olunub. Lakin jurnalist MTN əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalıb ermənilərlə əməkdaşlıq etməkdə günahlandırılıb.