RATİ ƏMƏKDAŞLARI AÇIQ KEÇİRİLMƏLİ OLAN MƏHKƏMƏ PROSESİNƏ BURAXILMAYIB

Bu gün Suraxanı rayon Məhkəməsində hakimi Nürrədin Mustafayevin sədrliyi ilə vətəndaş Səyyarə Heydərovanın məhkəmə prosesinə prosesin açıq keçirilməli olmasına baxmayaraq bəzi qeyri hökumət təşkilatlarının və eləcə də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları buraxılmayıb.

Belə ki, məhkəmə binasının qarşısında duran polis nəfərləri RATİ əməkdaşlarına prosesin başlanma vaxtında onlara məlumat verəcəklərini və məhkəmə zalına buraxacaqlarını bildiriblər. Məhkəmə binasına daxil olmağa yalnız vətəndaş S. Heydərovaya  icazə verilib və qısa vaxt ərzində məhkəmə prosesi keçirilib.
Xatırladaq ki, vətəndaş S. Heydərova dörd nəfər kişinin döyülməsində şərlənərək həbs olunmuşdur
Previous Post

AZAD SÖZ İNQİLABÇILARI” KLUBU NÖVBƏTİ KAMPANİYAYA HAZIRLAŞIR

Next Post

İDRAK ABBASOVUN MÜALİCƏSİ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.