İDRAK ABBASOVUN MÜALİCƏSİ DAVAM EDİR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) araşdırmaçı jurnalisti İdrak Abbasovun səhhəti normallaşır.

Bu xəbəri RATİ-yə İ. Abbasovun özü verib. Jurnalist daha sonra, dünən (26 fevral) Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin  ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidsonun ona baş çəkdiyini və Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin isə zəng vuraraq vəziyyəti ilə maraqlandığını da bildirib.
Xatırladaq ki, İ. Abbasov fevral ayının 20-də görüş adı ilə Naxçıvan MR-nın MTN-nə dəvət olunub. Lakin jurnalist MTN əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalıb ermənilərlə əməkdaşlıq etməkdə günahlandırılıb.
Previous Post

RATİ ƏMƏKDAŞLARI AÇIQ KEÇİRİLMƏLİ OLAN MƏHKƏMƏ PROSESİNƏ BURAXILMAYIB

Next Post

“XURAL” QƏZETİ POÇTLARDA MƏCBURİ QƏZET SATIŞINI ARAŞDIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.