“Xural” qəzeti “Azərpoçt”un tabeçiliyində olan poçtlarda bəzi qəzetlərin əhaliyə məcburi şəkildə satılması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasova, “Azərpoçt” Dövlət Müəssisəsinin baş direktoru Qəmbər Bəybalayevə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna müraciət ünvanlayıb.
Müraciətdə bildirilib ki, təxminən bütün poçtlarda bir çox dövlət və müstəqil qəzetlər əhaliyə məcburi olaraq qəzetlər satılır. Həmçinin müraciətdə məcburi satılan qəzetlərin siyahısı göstərilib və müraciət ünvanlanmış qurumların məsələyə aydınlıq gətirilməsi istənilib.
Sonda müraciətdə o da bildirilib ki, “Xural” qəzetində adıçəkilən məsələ ilə bağlı yazılar dərc edilməsinə baxmayaraq heç bir mətbu orqan və qurum bu məsələyə reaksiya verməyib.