Prosesdə çıxış edən A. Məzirli, təhsil nazirliyinə göndərdikləri sorğunun məktub formasında cavablandırıldığını və bu cavabın onları qane etmədiyini hakimin nəzərinə çatdırdı. Hakim Sevinc Alıyeva isə iddiaçı tərəfə təhsil nazirliyi ilə yenidən əlaqə saxlamağı və ünvanlanmış sorğuya onları qane edəcək şəkildə cavab yazılmasını tələb etməyi təklif etdi.
Xatırladaq ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Məzirli 20 noyabr 2008-ci il tarixində təhsil naziri M. Mərdanova informasiya sorğusu ünvanlayıb. Sorğu cavablandırılmadığına görə, baş redaktor tərəfindən məhkəməyə müraciət edilib və məhkəmədən sorğuya cavab verilməsi barəsində qətnamə çıxarılması xahiş edilib.