TƏHSİL NAZİRLİYİNİN İNFORMASİYA SORĞUSUNA VERDİYİ CAVAB “TƏZADLAR” QƏZETİNİ QANE ETMİR

Bu gün (27 fevral) Nərimanov rayon Məhkəməsində hakim Sevinc Alıyevanın sədirliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Məzirlinin təhsil naziri Misir Mərdanova qarşı verdiyi informasiya sorğusunun cavablandırmaması iddiası üzrə məhkəmə prosesi keçirildi. Prosesdə yalnız iddiaçı tərəf iştirak edirdi.

 Prosesdə çıxış edən A. Məzirli, təhsil nazirliyinə göndərdikləri sorğunun məktub formasında cavablandırıldığını və bu cavabın onları qane etmədiyini hakimin nəzərinə çatdırdı. Hakim Sevinc Alıyeva isə iddiaçı tərəfə təhsil nazirliyi ilə yenidən əlaqə saxlamağı və ünvanlanmış sorğuya onları qane edəcək şəkildə cavab yazılmasını tələb etməyi təklif etdi.
Xatırladaq ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Məzirli 20 noyabr 2008-ci il tarixində təhsil naziri M. Mərdanova  informasiya sorğusu ünvanlayıb. Sorğu cavablandırılmadığına görə, baş redaktor tərəfindən məhkəməyə müraciət edilib və məhkəmədən sorğuya cavab verilməsi barəsində qətnamə çıxarılması xahiş edilib.
 
Previous Post

“XURAL” QƏZETİ POÇTLARDA MƏCBURİ QƏZET SATIŞINI ARAŞDIRIR

Next Post

“GÜNDƏLİK BAKI”-NIN HAZIRLIQ İCLASI BU DƏFƏ DƏ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.