“GÜNDƏLİK BAKI”-NIN HAZIRLIQ İCLASI BU DƏFƏ DƏ TƏXİRƏ SALINDI

Dünən (26 fevral) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin, “Gündəlik Bakı” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi iddiası üzrə qaldırdığı iddia əsasında məhkəmə hazırlıq iclası keçirilib.

Prosesdə ilk çıxış edən cavabdeh tərəfin vəkili Zaur İbadov A. Paşazadənin qardaşı Cavanşir Paşazadənin də müstəqil tələb irəli sürərək üçüncü tərəf kimi iddiaya qoşulmasının qanunsuz olduğunu bildirərək vəsatət qaldırdı. Z. İbadov vəsatətində bildirdi ki, hazırkı iddia ilə bağlı “Bayram-M”, “Hacı Mazan” və “Əşrəfi” firmaları da “Gündəlik Bakı” qəzetinə qarşı iddia qaldırıb və bunların hər biri ayrı-ayrı hakimlərin icraatındadır: “ Ya bu iddiaların hamısı birləşdirilərək bir hakimin icraatına verilsin, ya da C. Paşazadənin də iddiası Allahşükür Paşazadənin iddiasından ayrılaraq başqa hakimin icraatına verilsin.”
İddiaçı tərəfin vəkili Muxtar Mustafayev isə vəsatətə cavab olaraq bildirdi ki, C. Paşazadənin bu iddiaya qoşulması Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələblərinə uyğundur.
Hakim T. İsmayılov vəsatəti müzakirə etmək üçün hazırlıq iclasını 27 fevral tarixinə qədər təxirə saldı.
Xatırladaq ki, A. Paşazadə "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixində dərc edilmiş "Cənubdakı narkotik marşrutu-2" adlı məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək məhkəməyə müraciət etmiş, qəzetin üzr istəməsini və təkzib verməsini tələb etmişdir.
Previous Post

TƏHSİL NAZİRLİYİNİN İNFORMASİYA SORĞUSUNA VERDİYİ CAVAB “TƏZADLAR” QƏZETİNİ QANE ETMİR

Next Post

JURNALİST YAZDIĞI KİTABA GÖRƏ ÖLÜMLƏ HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.