Bu gün (2 mart) Yasamal rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə daxili işlər naziri Ramil Usubovun Sülh və Demokratiya İnistitunun direktoru Leyla Yunusa qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.
Məhkəmə prosesində iddiaçı tərəfin vəkili Əlirza Həbilov, cavabdeh tərəfdən isə vəkil İsaxan Aşurov iştirak edirdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadıq Gözəlovun RATİ-yə verdiyi məlumata əsasən iddia geri götürülüb: “İddianı geri götürməkdə səbəb Leyla Yunusun kütləvi informasiya vasitəsi ilə təkzib verməsi olub. Biz Leyla Yunusun “Turan” informasiya agentliyinə və “Novoye Vremya” qəzetinə verdiyi müsahibəsində ki “mən heç də Azərbaycan Polisinin işgüzar nüfuzuna xələl gətirmək istəməmişəm” sözlərini təkzib kimi qəbul edib iddianı geri götürmüşük”.
Cavabdeh tərəfin vəkili İsaxan Aşurov da iddianın geri götürülməsi faktını təsdiqləyərək hakim R.Qurbanovun işə xitam verdiyini bildirib.
Qeyd edək ki, məhkəmə prosesi açıq keçirilməsinə baxmayaraq RATİ-əməkdaşları məhkəmə prosesinə buraxılmayıb. Belə ki , hakim katibliyindən RATİ-nin əməkdaşlarına “məhkəmə prosesi sabaha (yəni 3 mart tarixinə) təxirə salınıb, amma saat neçəyə və tərəflərin hansının xahişi ilə təxirə salındığını bilmirik” deyə bildirilib.
Xatırladaq ki, R. Usubov ötən il dekabrın 3-də hüquq müdafiəçisi Leyla Yunusun day.az saytına verdiyi müsahibədə DİN-ə böhtan atdığını əsas gətirərək Nəsimi rayon Məhkəməsinə müraciət edib. Nazir hüquq müdafiəçisinin "polisin işgüzar nüfuzuna" xələl gətirən müsahibəsi ilə bağlı təkzib verməsini, nazirlikdən üzr istəməsini və mənəvi zərərin əvəzində 100 min AZN cərimə edilməsini tələb edirdi.