REDAKTORUN AİLƏSİ ÖLÜMLƏ HƏDƏLƏNİR

Naməlum şəxlər “Nota” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğluna (Allahverdiyev) zəng vuraraq özünü, ailə üzvlərini və qohumlarını ölümlə hədələyiblər.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstutuna (RATİ) jurnalistin özü verib. F. Novruzoğlu bildirdi ki, bu hədələr onun son zamanlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzi haqqında “Nota” qəzetində yazdığı silsilə yazılarla bağlıdır. Belə ki, jurnalistə açıq və gizli nömrələrdən zəng vuraraq hədə-qorxu gələn şəxslər özlərini MTN-nin  Antiterror Mərkəzinin direktoru Elçin Quliyevin, mərkəzin direktor müavini İlqar Əliyevin və Milli Təhlükəsizlik Nazirinin müavini Hilal Əsədovun adamları kimi təqdim ediblər. F. Allahverdiyev onu da qeyd etdi ki, ona qarşı edilən bu hədə-qorxularla bağlı fevral ayının 22-də ölkə başçısına müraciət edib. 
F. Novruzoğlu hətta onu da bildirdi ki, “Azadlıq Hərəkatçıları Birliyinin” (AHB) sədri Təhmasib Novruzov da qəzetin redaksiyasına gələrək MTN haqqında olan silsilə yazılara son qoyulmasını tələb edib. Bu məsələyə T. Novruzov da öz münasibətini bildirib. O, RATİ-yə açıqlamasında deyib ki, MTN əməkdaşları olan İ. Əliyev, Hilal Əsədov və E. Quliyev adlı şəxsləri tanımır. AHB-nin “Nota” qəzetini yazdığı yalan məlumatlara görə məhkəməyə verdiyini bildirən T. Novruzov bu məsələdə adının hallanmasını qəzetin qabaqlayıcı addımı kimi qiymətləndirib.
Onu da qeyd edək ki, F.Novruzoğluya naməlum şəxslər tərəfindən zənglər olunan telefon nömrəsi ilə əlaqə yaratmağa çalışsaq da bizə cavab verən olmadı.

Previous Post

ANS TV-NİN ÜÇ ƏMƏKDAŞI İŞDƏN KƏNARLAŞDIRILDI

Next Post

NAZİR LEYLA YUNUSA QARŞI QALDIRDIĞI İDDİANI GERİ GÖTÜRDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.