“XALQ QƏZETİ” “RESPUBLİKAÇI” TƏŞVİQAT QRUPUNUN MATERİALININ BAŞLIĞINI DƏYİŞİB

“Xalq” qəzeti 20 fevral tarixli sayında “Respublikaçı” təşviqat qrupunun referendumla bağlı təşviqat materialını təhrif edib, materialın başlığını dəyişərək qəzetdə dərc etdiyindən təşviqat qurupu MSK-ya şikayətlə müraciət etmişdi.

Bu məsələ ilə bağlı MSK-nın əməkdaşı Azər Sarıyev RATİ-yə bildirib: “Şikayətlə bağlı qəzetdən qanuna uyğun bildiriş verilməsi tələb olunub. Bu barədə qərar komissiyanın fevralın 24-də keçirilən iclasında bildirilib. Qəzet 25 fevral tarixli buraxılışında bildiriş verib”. Qəzetin 25 fevral tarixli sayında təkzib verildiyi bildirilsə də həmin tarixdə yalnız MSK-nın keçirdiyi iclas barədə məlumat verilib.
Özünü təqdim etməyən, lakin “Xalq qəzeti”nin məsul işçisi olduğunu söyləyən şəxsin sözlərinə görə “başlığın yanlış verilməsi texniki səbəblərdən baş verib. MSK-nın qərarından sonra qəzetdə təkzib dərc olunub”.
”Seçki məcəlləsində təşviqat materiallarının yerləşdirilməsi barədə qanuna görə yanlış verilmiş material yenidən düzgün formada pulsuz dərc olunmalıdır” bunu hüquqşünas Ələsgər Məmmədli RATİ-yə  verdiyi məlumatda bildirib.
Xatırladaq ki,“Respublikaçı” təşviqat qrupunun “18 mart referendumu qeyri-qanuni olduğu üçün ləğv edilməlidir” başlıqlı məqaləsi “Respublikaçı” təşviqat qrupu 18 mart referendumunun hüquqi aspektləri barədə” sərlövhəsi ilə dəyişdirilib.

Previous Post

NAZİR LEYLA YUNUSA QARŞI QALDIRDIĞI İDDİANI GERİ GÖTÜRDÜ

Next Post

“TƏZADLAR” QƏZETİNİN BAŞ REDAKTORUNUN MƏHKƏMƏ HAZIRLIQ PROSESİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.