Dünən (06 aprel) Bakı şəhər İcra Hakimiyyətinin (İH) başçısı Hacıbala Abutalıbov “26 Bakı Komissarları” abidəsinin yerində qurulan fəvvarələrin tikintisi ilə əlaqədar “Sahil bağı”na baş çəkib.
Lent.az xəbər saytının əməkdaşı Elxan Salahov H.Abutalıbova bir neçə sualla müraciət etmək istəyib. Ancaq icra başçısı üzünü çevirərək jurnalistin suallarını cavablandırmaqdan imtina edib. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Elxan Salahovun özü verib: “Mən hər bir vəzifəli şəxsin jurnalistin qanunla tənzimlənmiş sualını cavablandırmağa borclu olduğunu bildirərək suallarıma cavab almaqda israr etdim. Bunu görən H. Abutalıbov iki nümayəndəsini göndərərək məni oradan uzaqlaşdırdı. Ancaq mən həmin nümayəndələrlə danışıq apararaq, uzaqdan da olsa, fotoçəkiliş aparmağa nail oldum”.
Məsələ ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla əlaqə saxlamaq istəsək də, cəhdimiz alınmadı.
Xatırladaq ki, “Sahil bağı”nda yenidənqurma işlərinə “26 Bakı Komissarları” abidəsi söküldükdən sonra başlanıb. Bakı komissarlarının dəfn olunduğu yerdə indi böyük fəvvarə kompleksi tikiləcək. Həmçinin orda çalışan fəhlələrin sözlərinə görə parkda yaşıl ot örtüyünün də salınması planlaşdırılır.