VƏTƏNDAŞ SƏYYARƏ HEYDƏROVANIN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (7 aprel) Suraxanı rayon məhkəməsində hakim Nürrədin Mustafayevin sədrliyi ilə vətəndaş Səyyarə Heydərovaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1 maddəsi

(Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə başlanmış cinayət işi ilə bağlı məhkəmə prosesi keçirilib. Proses şahidlərin dindirilməsi ilə başlandı. Hadisə zamanı ərazidə asayişin qorunmasını təmin edə Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları ifadə verdilər. Hakim növbəti məhkəmə prosesini aprel ayının 14-ü saat 11:30-a təyin etdi.
 Xatırladaq ki, vətəndaş S. Heydərova dörd nəfər kişinin döyülməsində şərlənərək həbs olunmuşdur və hal-hazırda azadlıqdadır.
 
Previous Post

MİRZƏ SAKİTİN HƏBS MÜDDƏTİ DAVAM EDİR

Next Post

BAKI ŞƏHƏRİNİN İCRA BAŞÇISI JURNALİSTİN SUALLARINI CAVABLANDIRMAQDAN İMTİNA ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.