TOMAS HAMMARBERQ AZƏRBAYCANDAKI SÖZ AZADLIĞINDAN NARAHATDIR

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq  dünən (29 aprel) Strasburqda keçirdiyi mətbuat konfransında Azərbaycanda jurnalistlərin hələ də həbsdə olmasını mənfi hal kimi dəyərləndirib.

Bu barədə məlumatı APA informasiya agentliyi yayıb. T.Hammarberq Azərbaycanda insan haqlarının ümumi vəziyyətinə münasibət bildirərək, ölkəmizə növbəti səfəri zamanı söz azadlığı, medianın durumu, milli azlıqların qorunması məsələlərini müzakirə edəcəyini və bu sahədə olan irəliləyişləri qeyd etdiyini deyib.
Previous Post

EYNULLA FƏTULLAYEV AVROPA MƏHKƏMƏSİNDƏN GƏLƏN SƏNƏDLƏRLƏ TANIŞ OLUB

Next Post

MÜSAVAT GƏNCLƏR TƏŞKİLATININ FƏALINI HƏDƏLƏYİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.