Dünən (29 aprel) vəkil İsaxan Aşurov “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində görüşüb.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən İsaxan Aşurovun sözlərinə görə, o, Eynulla Fətullayevə gündəlik qəzetləri və Avropa Məhkəməsindən gələn sənədləri çatdırıb. Belə ki, hökumətin cavabının məzmunun məxfi olduğunu deyən vəkil, cavabın olduqca gecikdiyini bildirdi. İ.Aşurov oun da qeyd etdi ki, bu cavabla bağlı Avropa Məhkəməsinə məktub yazacaq. Bundan sonra Avropa Məhkəməsi Eynulla Fətullayevin işi ilə bağlı qərar çıxaracaq.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 20-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.