BAŞ REDAKTORUN DÖYÜLMƏSİNDƏN ÜÇ İL ÖTSƏ DƏ CİNAYƏTKARLAR AZADLIQDADIR

Bu gün (19 may) “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin vəhşiliklə döyülməsinin 3 ili tamam oldu.  Bu müddət ərzində hələ də  baş vermiş ağır cinayət hadisəsinə görə heç kim cəzalandırılmayıb. B. Həziyev isə hələ də ümidlərini itirməyib.

“Mən bu işlə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişəm. Hər dəfə də Daxili İşlər Nazirliyindən cavab alıram ki, hadisə ilə bağlı  Abşeron rayon Polis İdarəsində başlanan cinayət işinin istintaqı davam edir. Amma məni istintaqın gedişi ilə tanış etmirlər”, – deyə qeyd edən  B. Həziyevin sözlərinə görə, əgər istintaq yaxın gələcəkdə də bir nəticə ortaya qoymayacaqsa, bu halda istintaq orqanı haqqında məhkəmə müraciət etmək haqqında düşünə bilər. 
DİN ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ehsan Zahidov isə RATİ-nin əməkdaşı ilə telefon söhbətində bildirib ki, baş vermiş cinayət işi ilə bağlı istintaq davam edir: “İstintaq yekunlaşan kimi, bu barədə ictimaiyyətə, habelə Bahəddin Həziyevin özünə məlumat veriləcək”.   
Xatırladaq ki, 2006-cı il may ayının 18-dən 19-a keçən  gecə naməlum şəxslər tərəfindən B.Həziyev yaşadığı evin yaxınlığından oğurlanaraq ağır işgəncələrə məruz qoyulub. B. Həziyevi mayın 19-u səhər ayağı sındırılmış və bədəninin müxtəlif  yerlərindən çoxsaylı travmalar almış vəziyyətdə  Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən “Duzlu” gölün kənarında tapılmışdı.
Previous Post

“ÇAP EVİ” MƏTBƏƏSİ “NOTA” QƏZETİNİ ÇAP ETMƏKDƏN İMTİNA EDİB

Next Post

“ÖLKƏ” QƏZETİ NƏŞRİNİ DAYANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.