Bu gün (19 may) “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin vəhşiliklə döyülməsinin 3 ili tamam oldu. Bu müddət ərzində hələ də baş vermiş ağır cinayət hadisəsinə görə heç kim cəzalandırılmayıb. B. Həziyev isə hələ də ümidlərini itirməyib.
“Mən bu işlə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişəm. Hər dəfə də Daxili İşlər Nazirliyindən cavab alıram ki, hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsində başlanan cinayət işinin istintaqı davam edir. Amma məni istintaqın gedişi ilə tanış etmirlər”, – deyə qeyd edən B. Həziyevin sözlərinə görə, əgər istintaq yaxın gələcəkdə də bir nəticə ortaya qoymayacaqsa, bu halda istintaq orqanı haqqında məhkəmə müraciət etmək haqqında düşünə bilər.
DİN ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ehsan Zahidov isə RATİ-nin əməkdaşı ilə telefon söhbətində bildirib ki, baş vermiş cinayət işi ilə bağlı istintaq davam edir: “İstintaq yekunlaşan kimi, bu barədə ictimaiyyətə, habelə Bahəddin Həziyevin özünə məlumat veriləcək”.
Xatırladaq ki, 2006-cı il may ayının 18-dən 19-a keçən gecə naməlum şəxslər tərəfindən B.Həziyev yaşadığı evin yaxınlığından oğurlanaraq ağır işgəncələrə məruz qoyulub. B. Həziyevi mayın 19-u səhər ayağı sındırılmış və bədəninin müxtəlif yerlərindən çoxsaylı travmalar almış vəziyyətdə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən “Duzlu” gölün kənarında tapılmışdı.