“ÇAP EVİ” MƏTBƏƏSİ “NOTA” QƏZETİNİ ÇAP ETMƏKDƏN İMTİNA EDİB

 “Çap evi” mətbəəsi “Nota” qəzetini, çap etməkdən imtina edib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli məlumat verib.

““Çap evi” mətbəəsinin rəhbəri Şahbaz Xuduoğlu mayın 17-də mənə zəng edərək Mətbuat Şurası (MŞ)  tərəfindən “Nota” qəzeti “reket” qəzetlər siyahısına daxil edildiyini və bu səbəbdən qəzetimizi   daha  çap etməyəcəklərini bilirdi”, – deyə qeyd edən  S.Əlibəyli vurğuladı ki, “Nota” qəzetinin “reket” qəzetlər siyahısına daxil etdiyi üçün MŞ barədə sabah (20 may) Binəqədi rayon məhkəməsinə iddia ərizəsi təqdim edəcək.
“Çap evi” mətbəəsinin rəhbəri Şahbaz Xuduoğlu məsələ ilə bağlı RATİ-yə bildirdi ki, bu qəzetin dərc edilməsindən MŞ-nin qərarına görə deyil, “Nota” qəzetinin bazar günü, yəni  qeyri-iş günündə çap olunması ilə əlaqədar mtina edib: “Bu barədə də sözügedən qəzet rəhbərliyinə məlumat vermişik”.
“Həftənin bazar günü də daxil olmaqla qeyri-iş günlərində “Çap evi” mətbəəsində digər qəzetlər nəşr olunur, bəs niyə imtina yalnız “Nota” qəzetinə aid edilib” – sualına isə Ş.Xuduoğlu cavab verməkdən imtina etdi.
Previous Post

“YENİ ÇAĞ”, “ELÇİ” VƏ “HÜNƏR MEYDANI” QƏZETLƏRİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Next Post

BAŞ REDAKTORUN DÖYÜLMƏSİNDƏN ÜÇ İL ÖTSƏ DƏ CİNAYƏTKARLAR AZADLIQDADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.