SƏYYARƏ HEYDƏROVANIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (22 may) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə vətəndaş Səyyarə Heydərova və zərərçəkmiş Alim Babayevin verdikləri apellyesiya şikayəti əsasında məhkəməyə ilkin baxış iclası keçirilib.

Prosesdə hakim Q. Məmmədov Suraxanı rayon Məhkəməsinin hakimi Nürrədin Mustafayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1 maddəsi (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə 22 aprel tarixində oxunmuş hökm ləğv edərək məhkəməyə baxışı 3 iyun saat 11:00 – a təyin edib.
Zərərçəkmiş A.Babayev apellasiya şikayət verməsinə səbəb Suraxanı rayon Məhkəməsinin hakimi Nürrədin Mustafayevin vətəndaş Səyyarə Heydərovaya qarşı bir il sınaq müddəti ilə 2 il 7 ay 15 gün şərti cəza verilməsindən razı qalmamağı olub.
Vətəndaş Səyyarə Heydərova isə Suraxanı rayon Məhkəməsinin hakimi N. Mustafayevin hökmü onun iştirakı olmadan çıxartdığına görə və məhkəmə təhqiqat zamanı istintaqı kobud pozuntularla və saxtalaşdırılmalarla aparılmağına görə apellyasiya şikayəti verdiyini bildirib.
Xatırladaq ki, vətəndaş S. Heydərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1 maddəsi (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə bir il sınaq müddəti ilə 2 il 7 ay 15 gün şərti cəza almışdır.
Previous Post

“NOTA” QƏZETİNİN MƏHKƏMƏSİ NİZAMİ RAYON MƏHKƏMƏSİNDƏ DAVAM EDƏCƏK

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN VƏSATƏTİ TƏMİN OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.