İclasda iddiaçı T.Novruzov cavabdeh qismində isə Sərdar Əlibəyli (Əliyev), Ramiz Tağıyev və Fərəməz Novruzoğlu (Allahverdiyev) iştirak edirdilər.
Hakim Bəhram Şükürov “Nota” qəzetinin redaksiyası Xətayi rayonunun ərazisində yerləşmədiyini əsas gətirərək iddianın Nizami rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərardad çıxartdı.
Qeyd edək ki, mart ayında T.Novruzov haqqında yazılmış məqalələrlə bağlı Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz Novruzoğlu barəsində iddia qaldırmış və 31 mart tarixində Xətai rayon Məhkəməsində hakim Toğrul Əliyev yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009 -cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edir.