EVLƏRİ SÖKÜLMÜŞ NAXÇIVAN SAKİNLƏRİ KÖMƏK İSTƏYİRLƏR

Bu gün  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Zeyvə kəndinin bir qrup sakini  mətbuat konfransı keçirərək mülklərinin, habelə fərdi yaşayış evlərinin zorla əllərindən alınaraq söküldüyünü bildirdilər.

“Mənin evim atamdan mənə miras qalmışdı. Ev 1959-cu ildə tikilib və  sənədləri də qaydasındadır. Lakin mayın 17-də, düz Laçın rayonunu ermənilər tərəfindən işğal edildiyi gün “Gəmiqaya” şirkətinin nümayəndələri evimə basqın etdilər”. Bunu bildirən Zeyvə kənd sakini Nazim Mahmudovun sözlərinə görə, onun habelə digər həmkəndlilərinin mülkləri Naxçıvan-Şərur magistral yolunun genişləndirilməsi və təmir edilməsi ilə bağlı əvəzsiz olaraq əllərindən alınır.
Onun sözlərinə görə, təmir-tikinti işləri nəticədə evinin bir hissəsi, daş hasarı, tövləsi, dükanı, hamamı, su quyusu uçurulub, həyətyanı torpaq sahəsi də əlindən alınıb: “Bizə  yaşamağa yer, nə də mülkümüzün əvəzində kompensasiya  verilmir. Kimə də şikayət ediriksə səsimizi eşidən yoxdur. Ailəmiz 7 nəfərdən ibarətdir. Yalnız anam təqaüd alır. Mən isə işsizəm. Ara-sıra Türkiyədə gedib işləyirəm. İqtisadi cəhətdən vəziyyətimiz çox ağırdır. Yəni, mənim başqa yerdə tikinti aparmaq, ev almaq imkanım da yoxdur. Haqqımı tələb etdiyim üçün də mənə daima mənəvi-psixoloji təzyiqlər edilir . Hətta bu mətbuat konfransından sonra mənə və ya ailəmə qarşı qəsd də edə bilərlər. Hazırda 3 körpə uşağım və anamla birlikdə bacımın evinə sığınmışıq”.
O, analoji problemlə yalnız Zeyvə kəndində 50 ailənin üzləşdiyini bildirərək, problemin həllinə yardım etmək üçün Azərbaycan Respublikası prezidenti İlham Əliyevə müraciət etdiklərini, habelə mülklərinin qanunsuz olaraq sökülməsinə görə “Gəmiqaya” şirkətini məhkəməyə də verəcəklərini bildirdi.
Previous Post

“İSRAİL AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.