“İSRAİL AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ

Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Regional Təhlükəsizlik İnstitutu”nun təşkilatçılığı ilə “İsrail-Azərbaycan münasibətləri” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə ekspertlər, habelə  Demokratik İslahatçılar partiyasının sədri, millət vəkili Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvü  Asim Mollazadə də iştirak edirdi.
Natiqlərdən A. Mollazadə Azərbaycanla İsrail arasında sosial-iqtisadi və siyasi münasibətlər barədə məlumat verərək, iki ölkə arasında münasibətlərin dostluq və səmimi  tərəfdaşlıq çərçivəsində qurulduğunu və inkişaf etdiyini diqqətə çatdırdı. Bu baxımdan  A. Mollazadə İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfərinin də normal hal olduğunu və bu səfərə İran İslam Respublikası rəsmilərinin etiraz etmələrinin yersiz olduğunu bildirdi.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da Azərbaycanın müstəqil ölkə olduğunu və xarici ölkələrlə münasibətlərini qurub-inkişaf etdirməkdə suveren hüquqa malik olduğunu bildirdi. İranın Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla əlaqələrini daha da genişləndirməkdə olduğunu bildirən Zeynallı İranın Azərbaycana kiminlə dostluq və ya düşmənçilik etməyi məsləhət verməsinə mənəvi haqqının da olmadığını vurğuladı.
Previous Post

MTN VƏ BAŞ PROKURORLUQLA BAĞLI BAŞLANAN MƏHKƏMƏ PROSESİ QAPALI KEÇİRİLDİ

Next Post

EVLƏRİ SÖKÜLMÜŞ NAXÇIVAN SAKİNLƏRİ KÖMƏK İSTƏYİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.