Dünən (2 iyun) “Azadlıq qəzetinin” əməkdaşı Vidadi Məmmədov naməlum şəxs tərəfindən ölümlə hədələnib.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna V.Məmmədovun özü verib. “Dünən günorta saatlarında mobil telefonuma gizli nömrədən zəng edərək məni ölümlə təhdid etdilər. “yaşamaq istəyirsənsə ağıllı ol, yoxsa başını kəsəcəyik” – dedikdən sonra telefonu bağlayan şəxsin kim olmasını dəqiq bilmirəm” – deyən V.Məmmədov əlavə etdi ki, əvvəllər də peşə fəaliyyəti ilə əlaqədar belə hədə-qorxu zəngləri alıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət etmədiyini deyən jurnalist vurğuladı ki, məsələ ilə bağlı mətbuata məlumat verib. “Hüquq-mühafizə orqanlarına müraciət etməyi mənasız sayıram. Çünki Azərbaycanda çox jurnalist hədələnib, təzyiqlərə məruz qalıb, döyülüb, hətta bizim ölkədə jurnalistlərin öldürülməsi praktikası var. Amma bu cinayətlərin heç birinin üstü açılmayıb. Bu baxımdan hüquq-mühafizə orqanlarının fakta ciddi yanaşıb, araşdırma aparacaqlarına inanmıram. Əgər tədbir görmək istəsələr, mətbuatda dərc olunan məlumat da hüquq-mühafizə orqanları üçün kifayətdir. ”- deyə V.Məmmədov bildirdi.