VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ İCTİMAİ TELEVİZİYANI MƏHKƏMƏYƏ VERƏCƏK

Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi (VCMK) İctimai Televiziyanı (İTV)  məhkəməyə verəcək. Bu barədə VCMK İşçi Qrupundan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verilib.

  Qeyd edək ki, iyunun 17-də QHT-lə bağlı qanuna əlavə və dəyişikliklərə etiraz edən təşkilatlar İTV-yə müraciət edərək, kanal vasitəsilə öz fikirlərini ölkə əhalisinə çatdırmaq istəyiblər. Ancaq onların bu istəyi təmin olunmayıb. Həmçinin iyunun 19-da Milli Məclisin qarşısında keçirdiyi piketdən reportaj da İTV-də yayımlanmayıb.
     Bu səbəbdən də, VCMK İTV-ni öz funksiyasını yerinə yetirməməkdə təqsirləndirərək, kanalı məhkəməyə vermək qərarına gəlib.
     Məsələ ilə əlaqədar münasibət bildirməsi üçün dəfələrlə İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədovla əlaqə saxlasaq da, onunla danışmaq mümkün olmadı.
Previous Post

ƏDLİYYƏ NAZİRLİYİNİN EKSPERTİZA MƏRKƏZİ ƏVƏZ ZEYNALLININ TƏRCÜMƏSİNƏ MƏNFİ RƏY VERİB

Next Post

CƏNUBİ QAFQAZ İNSAN HÜQUQ MÜDAFİƏÇİLƏRİ ŞƏBƏKƏSİ QHT QANUNUNA TƏKLİF EDİLƏN DÜZƏLİŞLƏRLƏ BAĞLI BƏYA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.