Bu gün (22 iyun) Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə Milli Təhlükəsizlik Nazirliyində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılmış cinayət işinə əsasən məhkəmə prosesi keçirildi.
Hakim 2008-ci ilin dekabr ayında Ədliyyə Nazirliyinə göndərilmiş "Mənim savaşım" kitabı ilə bağlı Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi kompleks rəyi elan etdi. Rəyin nəticə hissəsində deyilir: Ekspertizaya təqdim olunmuş A.Hitlerin “Mein Kampf” (“Mənim savaşım”) adlı kitabın “Tərcüməçidən” olan hissəsində demokratik azadlıqları yox etmək, qatı şovinizm, irqçilik, təcavüzkar müharibələr törətmək kimi səciyyəvi xüsusiyyətlərinə əsaslanan terrorçu diktaturası olan faşizmin təməl daşı və ideoloji əsası kimi bu əsər və əsərdəki faşizmə dair olan fikirlərin üstünlükləri kütləvi informasiya vasitələrindən istifadə yolu ilə təbliğ edilir.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ekspertiza rəyini vermiş şəxslərin məhkəməyə şahid qismində dəvət olunması barədə vəsatət qaldırdı. Hakim vəsatəti qəbul etdi və bildirdi ki, həmin şəxslərlə əlaqə saxlanandan sonra növbəti prosesin vaxtı təyin olunacaq.
Əvəz Zeynallı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) açıqlamasında bildirib ki, Adolf Hitlerin “Mənim Savaşım” kitabını tərcümə etməklə milli-irqi ayrı-seçkilik salmaq yox, dünyanın ən məşhur əsərlərini Azərbaycan oxucusuna öz dilində çatdırmaq istəyib. “Mən həmçinin Daniyel Yerginin “Neft fəlsəfəsi” kitabını da Azərbaycan dilinə çevirib, nəşr etdirmişəm. Bundan başqa, Bzejinskinin “Böyük şahmat taxtası” və digər məşhur əsərlərin də tərcüməsi gedir və çap etməyə hazlrlayırıq” – deyən Ə.Zeynallı vurğulayıb ki, burada məqsəd yalnız böyük əsərləri tərcümə və çap etməkdir.
Xatırladaq ki, Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə, 2004-cü ilin dekabr ayında MTN-də AR CM-in 283,1 maddəsi (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi qaldırılmış və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci ilin may ayında kitabın ikinci nəşri ilə əlaqədar cinayət işi Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək, yenidən MTN-in istintaq idarəsinə göndərilmiş və həmin ilin avqust ayında cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdir.