İCRA BAŞÇISI MİRZƏ SAKİTDƏN 400 MANAT İSTƏYİR

Bu gün (29 iyun) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində “Azadlıq” qəzetinin əməkdaşı, jurnalist satirik Mirzə Sakit (Sakit Zahidov) mətbuat konfransı keçirdi.

Jurnalist bildirdi ki, Naftalan rayon icra hakimiyyətinin başçısı Musa Musayev onun 400 manat cərimə ödəməsini istəyir. MBelə ki, 2005-ci ildə Milli Məclisin üç deputatı – Musa Musayev, Əhəd Abıyev və Xıdır Alovlu Nərimanov rayon Məhkəməsində iddia qaldırmış və M.Sakitin şeirlərində təhqir olunduqlarını iddia edərək, hərəsi 30 min manat təzminat tələb ediblər.
“O vaxt məhkəmədən mənə çağırış gəlsə də, iştirak etməmişdim. 2006-cı ildə narkotiklə şərlənərək həbs olunduğum üçün bu məsələ də arxa plana keçmişdi. İndi isə məlum olur ki, o vaxt məhkəmə mənim hər bir iddiaçıya 400 AZN ödəməyim və təkzib verməyim barədə qərar çıxarıb” – deyən M.Sakit əlavə etdi ki, Nərimanov rayon Məhkəmə icraçıları şöbəsi qərarın icrası ilə bağlı bir neçə gün öncə ona məktub göndərib.
Bu qərarın hakimiyyətin sifarişi olduğunu deyən M.Sakit vurğuladı ki, onun nə cərimə ödəmək, nə də təkzib vermək fikri var: “Şamaxıdakı həyətimizdəki armudlar yetişsə, yalnız onları satıb pulu ödəyə bilərəm. Amma çalışacağam ki, armudun ən yaxşısı Musa Musayevə qismət olsun” – deyən jurnalist bildirdi ki, Nərimanov rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.
M.Sakit onu da vurğuladı ki, Mətbuat Şurasının sədri Əflatun Amaşov barəsində də məhkəməyə müraciət edəcək. “Bu adam mətbuatın yox, onu idarə edən məmurların sözünü deyir. Bir çox qəzetlərin adını “reket” qoyur, əsil reket isə özüdür.

FOTO: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,274/lang,az/

Previous Post

QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Next Post

“NOTA” QƏZETİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.