QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Yaxın qohumları “Bizim Yol” qəzetinin əməkdaşı, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynova baş çəkiblər.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin yaxın qohumu Cavidan Hüseynov məlumat verib. Onun dediyinə görə, şənbə günü (27 iyun ) görüşdə M.Hüseynov ona səhhətinin pisləşdiyini  bildirib: “Müşfiq Hüseynov saxlanma şəraitindən narazı deyil. Narahatlığı ancaq səhhəti barədədir. O, bir müddət əvvəl   cəzaçəkmə müəssiəsindəki  tibbi şəraitdən narazı olduğuna görə müalicəsini davam etməkdən imtina etsə də,  iyul ayının 1-dən 2 saylı cəzaçəkmə müəssisəsində yenidən müalicəsinə başlayacaq.”
Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellasiya məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

“NOTA” QƏZETİNƏ QARŞI İKİ XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA İCRAATA GÖTÜRÜLDÜ

Next Post

İCRA BAŞÇISI MİRZƏ SAKİTDƏN 400 MANAT İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.