“NOTA” QƏZETİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Bu gün (29 iyun ) Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota”  qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz  Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi.

Cavabdehlərdən biri – “Nota” qəzetinin baş məsləhətçisi Fərəməz Novruzoğlu qohumunun ağır xəstə olması səbəbindən prosesdə iştirak etmədiyinə görə, hakim prosesi 10 iyul saat 14:00-a təyin etdi.       
  Qeyd edək ki, mart ayında T.Novruzov haqqında yazılmış məqalələrlə bağlı Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz  Novruzoğlu barəsində iddia qaldırmış və 31 mart tarixində Xətai rayon Məhkəməsində hakim Toğrul Əliyev  yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin  təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009 -cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq  yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edir.

Previous Post

İCRA BAŞÇISI MİRZƏ SAKİTDƏN 400 MANAT İSTƏYİR

Next Post

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ İYULDA DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.