Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən RATİ-yə verilən məlumata görə həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı, jurnalist satirik Mirzə Sakit aclıq aksiyasını dayandırıb.
O da bildirildi ki, M. Sakitin müalicə müəssisəsinə köçürülməsi məsələsinə yenidən baxılacağı üçün jurnalist bu addımı atıb. Məsələni dəqiqləşdirmək üçün RATİ-nin əməkdaşı jurnalistin saxlanıldığı 14 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovla əlaqə saxlayıb. Həsənov hər hansı məlumat verməkdən imtina edərək dəstəyi asıb.