JURNALİSTLƏR ÜÇÜN MÜSABİQƏ KEÇİRİLİR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Media Hüquqları Mərkəzi jurnalistlər arasında təşkil etdiyi “İnsan Hüquqlarının Vəziyyətinə Dair Jurnalist Tədqiqatları” mövzusunda elan etdiyi müsabiqə ilə əlaqədar mətbuat konfransı keçirib.

Tədbiri giriş sözü ilə açan Media Hüquqları Mərkəzinin rəhbəri Mətanət Müslümqızı bildirdi ki, üç ay ərzində, yəni fevral ayının 15-dən may ayının 15-dək davam edəcək müsabiqədə televiziya, radio, agentlik və yazılı mətbuat nümayəndələri iştirak edə bilərlər. Müsabiqə iştirakçılarının təqdim etdiyi yazıları 7 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirəcək. Qiymətləndirmə 10 ballıq sistem üzrə aparılacaq. Qaliblər üçün iki kateqoriyada mükafatlar təsis edilib. Birinci kateqoriyada beş yer yazıların keyfiyyətinə görə, ikinci kateqoriyada iki yer kəmiyyətə görə mükafatlandırılacaq.     
 

Previous Post

PENİTENSİAR XİDMƏT SAKİTİN ACLIĞI DAYANDIRDIĞINI BİLDİRİR

Next Post

HÜSEYNOVUN HƏBSİ QƏRARINDAN APELLYASİYA ŞİKAYƏTİ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.