PENİTENSİAR XİDMƏT SAKİTİN ACLIĞI DAYANDIRDIĞINI BİLDİRİR

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən RATİ-yə verilən məlumata görə həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı, jurnalist satirik Mirzə Sakit aclıq aksiyasını dayandırıb.

O da bildirildi ki, M. Sakitin müalicə müəssisəsinə köçürülməsi məsələsinə yenidən baxılacağı üçün jurnalist bu addımı atıb.   Məsələni dəqiqləşdirmək üçün RATİ-nin əməkdaşı jurnalistin saxlanıldığı 14 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovla əlaqə saxlayıb. Həsənov hər hansı məlumat verməkdən imtina edərək dəstəyi asıb.  
Previous Post

ZAHİDOVUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Next Post

JURNALİSTLƏR ÜÇÜN MÜSABİQƏ KEÇİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.