Prosesdə tərəflərin çıxışları dinlənildi. İddiaçının vəkili Əzizağa Həbilov vacib işinin olduğunu bildirərək prosesi tərk etdi.
Daha sonra iddiaçı T.Novruzov çıxış edərək, iddiasında israrlı olduğunu və cavabdehlərin cəzalandırılmasını məhkəmədən xahiş etdi.
S.Əlibəyli, F.Novruzoğlu və R.Tağıyev isə iddianın əsassız olduğunu və sözügedən yazılarda böhtan xarakterli ifadələrin olmadığını deyərək, iddianın rədd olunmasını istədilər.
Hakim növbəti prosesi 21 iyul saat 14:00-a təyin etdi.

Qeyd edək ki, bu ilin mart ayında T.Novruzov haqqında yazılmış məqalələrlə bağlı Sərdar Əlibəyli, Ramiz Tağıyev və Fərəməz Novruzoğlu barəsində iddia qaldırmış və 31 mart tarixində Xətai rayon Məhkəməsində hakim Toğrul Əliyev yazılmış məqalələrin yanlış olması ilə bağlı “Nota” qəzetinin təkzib verməsi, üzr istəməsi barədə qətnamə qəbul etmişdi. Qətnaməyə əsasən təkzib verməli olan “Nota” qəzetinin 05-11 Aprel 2009 -cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq yazısı” başlıqlı məqaləyə görə T.Novruzov yenidən xüsusi ittiham qaydasında iddia qaldırmış və cavabdehlərin CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edir.