MEDİA HÜQUQU İNSTİTUTU YENİ OFİSƏ KÖÇÜR

Media Hüququ İnstitutu (MHİ) Bakı şəhəri  Kaveroçkin küçəsində icarəyə götürdüyü ofisindən çıxarılıb və artıq yeni ofisə daşınır. Məsələ ilə əlaqədar MHİ-nin rəhbəri Rəşid Hacılıya müraciət etsək də, o, ölkədə olmadığını və bununla bağlı təşkilatın proqram koordinatoru Xalid Ağaliyevin məlumat verəcəyini dedi.

X.Ağaliyev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, hazırda avadanlıqların yeni ünvana – Süleyman Rəhimov 197/86 ünvanındakı yeni ofisə daşınması ilə məşğuldurlar: “Əvvəlki mənzil sahibi bildirdi ki, MHİ-yə görə müxtəlif problemlərlə üzləşir və dövlət məmurları təşkilatı çıxarmağa məcbur edirlər. Əslində o, bizi köçürülmə ilə bağlı ən azı üç ay əvvəldən məlumatlandırmalı idi. Halbuki, bizə heç bir ay da vaxt verilmədi. Sonuncu dəfə bizə iyul ayının 15-dək vaxt verdi. İcarəyə götürdüyümüz yeni ofis isə bizə əvvəlkindən baha başa gəlir”.
Previous Post

“NOTA” QƏZETİNƏ QARŞI NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Next Post

AD GÜNÜNDƏ ELMAR HÜSEYNOVUN MƏZARI ZİYARƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.