Bu gün (23 iyul) Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə Milli Təhlükəsizlik Nazirliyində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılmış cinayət işinə əsasən məhkəmə prosesi keçirildi.
Hakim T.Hüseynov vəsatəti təmin edərək, prosesi 29 iyul, saat 15.00-a təyin etdi.
Xatırladaq ki, Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə, 2004-cü ilin dekabr ayında MTN-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1 maddəsi (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi qaldırılmış və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci ilin may ayında kitabın ikinci nəşri ilə əlaqədar cinayət işi Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək, yenidən MTN-in istintaq idarəsinə göndərilmiş və həmin ilin avqust ayında cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdir.