DÖVLƏT İTTİHAMÇISI ƏVƏZ ZEYNALLININ 1500 MANAT CƏRİMƏ OLUNMASINI İSTƏYİB

Bu gün (23 iyul) Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə Milli Təhlükəsizlik Nazirliyində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılmış cinayət işinə əsasən məhkəmə prosesi keçirildi.

   Prosesdə  dövlət ittihamçısının və təqsirləndirilən şəxsin çıxışları dinlənildi.
 
Dövlət ittihamçısı Elfaq Səfərov iş üzrə olan sübutların  araşdırıldığını və Ə.Zeynallının CM-nin 283.1-ci maddəsinə (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) əsasən məsuliyyətə cəlb olunaraq, 1500 manat məbləğində cərimə edilməsini istədi.
 
Ə. Zeynallı  çıxışında bildirdi ki, bu cinayət işi əsassız olduğu üçün ona bəraət verilməlidir. Baş redaktor dövlət ittihamçısının çıxışı ilə tanış olmaq və özünün son çıxışını yazılı formada məhkəməyə təqdim etmək üçün prosesi növbəti vaxta təyin olunmasını xahiş etdi.

Hakim T.Hüseynov vəsatəti təmin edərək, prosesi 29 iyul, saat 15.00-a təyin etdi.
 
  Xatırladaq ki, Adolf Hitlerin "Mənim savaşım" kitabının  tərcüməsinə görə, 2004-cü ilin dekabr ayında MTN-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1 maddəsi (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi qaldırılmış  və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci  ilin may ayında kitabın ikinci nəşri ilə əlaqədar cinayət işi Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək, yenidən MTN-in istintaq idarəsinə göndərilmiş və həmin ilin avqust ayında cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdir.
 

Previous Post

GƏNC BLOQÇULARIN VƏKİLLƏRİNİN POLİSƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

Vəkillərin polisə qarşı iddiası təmin edilmədi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.