ƏVƏZ ZEYNALLI BARƏDƏ CİNAYƏT İŞİNƏ XİTAM VERİLDİ

Bu gün (29 iyul) Nərimanov rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə Adolf Hitlerin "Mənim savaşım" kitabının tərcüməsinə görə Milli Təhlükəsizlik Nazirliyində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırılmış cinayət işinə əsasən son məhkəmə prosesi keçirildi.a

Əvəz Zeynallı yekun çıxışında bildirdi ki, Adolf Hitlerin “Mənim Savaşım” kitabının tərcüməsində heç bir  milli-irqi ayrı-seçkilik yoxdur və məqsədi yalnız dünyanın böyük əsərlərini Azərbaycan dilinə tərcümə etmək olub: “Bu səbəbdən də barəmdə Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə başlanmış cinayət işinə xitam verilməsini xahiş edirəm.”
Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Elfaq Səfərov son çıxışında Əvəz Zeynallının 1500 manat cərimə olunmasını istəmişdi.

Hakim müşavirədən sonra Əvəz Zeynallı barəsində başlanılmış cinayət işinə xitam verilməsi barədə hökmü elan etdi.

Xatırladaq ki, Adolf Hitlerin "Mənim savaşım" kitabının  tərcüməsinə görə, 2004-cü ilin dekabr ayında MTN-də AR CM-in 283,1 maddəsi (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi qaldırılmış  və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci  ilin may ayında kitabın ikinci nəşri ilə əlaqədar cinayət işi Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək, yenidən MTN-in istintaq idarəsinə göndərilmiş və həmin ilin avqust ayında cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdi.

Əlavə edək ki, RATİ əməkdaşları foto və videoçəkiliş aparmaq üçün müraciət etsələr də hakim icazə verməyib.

Previous Post

JURNALİSTİN POLİS RƏİSİNƏ QARŞI QALDIRDIĞI İDDİA TƏMİN OLUNMADI

Next Post

“SƏNƏT QƏZETİ”NİN BAŞ REDAKTORU POLİSƏ ÇAĞIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.