Dünən (13 avqust) Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Qazax rayon sakinləri Vidadi Yusifov və Təranə Yusifovanın “Yeni Çağ” , “Elçi” və “Hünər Meydanı” qəzetlərinə qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib.
Prosesdə tərəflər arasında barışıq əldə olunub. İddiaçılar öz iddialarından imtina etdiklərini bildiriblər və adıçəkilən qəzetlərdə bir daha onlarla bağlı yazı dərc olunmamasını istəyiblər.
Xatırladaq ki, hər üç qəzetdə dərc olunmuş “Qazaxlı sahibkar” başlıqlı məqalədə şərəf və ləyaqətlərinin alçaldığını hesab edən iddiaçılar Nərimanov rayon məhkəməsinə müraciət etmiş və məhkəmə qəzetlərin təkzib verməsi və cərimələnməsi barədə qərar çıxarmışdı. Cavabdeh tərəflərin şikayətinə əsasən Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra, iddiaçılar Ali Məhkəməyə kassasiya şikayəti veriblər və iş yenidən baxılması üçün Apellyasiya məhkəməsinə göndərilmişdi.